"Sevilya" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, İspaniya klubu bu posta Matias Almeydanı gətirib.
Bu barədə klubun rəsmi saytı məlumat verib.
Argentinalı mütəxəssis daha öncə "River Pleyt", "Banfild" və son olaraq AEK kimi klubları çalışdırıb. O, AEK ilə 2022/23 mövsümündə Yunanıstan çempionu olub.
Almeyda futbolçu kimi də "Sevilya"da çıxış edib. O, 1 mövsüm Andalusiya təmsilçisinin formasını geyinib.