EN

İsrailin hücumu nəticəsində Sepahın daha bir generalı ölüb

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) “Xatəmül Ənbiya” qoşununun mərkəzi qərargahının rəisi general Əli Şadmani İsrailin hücumu nəticəsində ölüb.

Bu barədə məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, o, İranın lideri ayətullah Seyid Əli Xaməneiyə ən yaxın olan ən yüksək rütbəli hərbi komandanlardan biri idi. Əli Şadmani Silahlı Qüvvələrin fövqəladə komandanlığının komandiri vəzifəsini tuturdu. O, İslam İnqilabı Keşikçiləri Qvardiyasına və İran ordusuna komandanlıq edib.

Chosen
5
7
interpress.az

8Sources