EN

“Araz-Naxçıvan” Almaniyadan hücumçu gətirir

Almaniyanın “Osnabrük” klubunun futbolçusu Ba-Muaka Simakala karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı hücumçu “Araz-Naxçıvan”dan təklif alıb. Bu barədə “noz.de” nəşri məlumat yayıb. “Osanbrük”ün oyunçunun satışından müəyyən gəlir əldə edəcəyi bildirilib.

Simakala başa çatan mövsümdə Almaniya III Liqasında 23 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib. O, daha əvvəl “Aaxen”, “Münhenqladbax”, “Roda”, “Elversberq”, “Rodinqhauzen”, “Kiel”, “Kayzerslautern” kimi komandalarda oynayıb.

Chosen
12
futbolpress.az

1Sources