EN

Reabilitasiya mərkəzində xəstələrə əzab verənlər yenidən məhkəmə qarşısında

“New Life” reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses iyunun 17-nə təyin edilib.

Şikayət hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, dəymiş ziyana görə, O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Qeyd: “New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları – E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia olunur ki, işgəncə nəticəsində pasiyentlər biri Hüseyn Məmmədov ölüb. Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Chosen
6
4
konkret.az

5Sources