EN

“Dul qadınlar yenidən ərə getməməlidir”

Yazını böyüt
Yazını kiçilt

Rus Pravoslav Kilsəsinin (RPK) baş keşişi Andrey Tkaçev dul qadınlarla bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlib. Jurnalist Kseniya Sobçakın Telegram kanalında yayımlanan moizə videosunda Tkaçev bildirib ki, ərini itirmiş qadınlar yenidən ailə qurmamalıdır. Tkaçov bəyan edib ki, dul qadınlar “ürəklərini ərləri ilə birlikdə basdırmalıdırlar” və onları evləndikdən sonra heç kimlə cinsi əlaqədə olmayan və pravoslav ənənəsində müqəddəs sayılan Kseniya Petroqradskayadan nümunə götürməyə çağırıb.

Hafta.az-ın “Gazeta.ru”ya istinadən yazdığına görə , Tkaçev “Bəzi qadınlar kişi ilə ikinci dəfə cinsi əlaqədə olmağın ayıb olduğunu düşünür. Bu açıqlama qadın hüquqları baxımından sosial mediada əks-səda doğursa da, pravoslav mühafizəkar dairələr tərəfindən dəstəklənib.

Tkaçov əvvəlki xütbələrində də oxşar bəyanatlar vermişdi. Yanvar ayında o, zənginlərin sevinc hissini itirdiyini və həyatlarının daimi qayğılarla dolduğu üçün "milyonerlərin heç vaxt gülümsəmədiyini" söyləyib. Onun sözlərinə görə, əsl xoşbəxtlik nə alış-verişdə, nə də spirtli içkilərdədir, bəzən “hətta cüzi pensiya alan nənə də milyonçudan daha səmimi gülümsəyir”. Tkaçovun açıqlamaları bəzən Rus Pravoslav Kilsəsi daxilində mübahisələrə səbəb olur.

Chosen
5
hafta.az

1Sources