EN

NETANYAHUDAN XAMENEİ İLƏ BAĞLI ŞOK TƏHDİD: "Nə lazımdırsa, edəcəyik, Taehran tam nəzarətimiz altındadır" - "İrana artıq etibarlı hava yolu çəkmişik"

İsrailin baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Əli Xamneyinin öldürülməsini mümkün sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə iyunun 13-də İrana qarşı başladılan genişmiqyaslı hücumlardan sonra ilk mətbuat konfransında açıqlamalar verib.

Netanyahu Xameneyinin də ölkənin hərbi rəhbərliyi kimi öldürülmə ehtimalı barədə suala ikibaşlı və dolayısı ilə mümkün olan hal kimi cavablandırıb: “Planlarımızı ictimaiyyət qarşısında açqlamayacam, lakin hər kəs bilsin ki, nə lazımdırsa, onu da edəcəyik”

Netanyahu İranın hava səmasına tam hakim olduqlarını da deyərək bildirib ki, Tehran səması israilin nəzarəti altındadır: "İsrail Tehranın səmasına tam nəzarət edir. Tehrana artıq etibarlı hava yolu çəkmişik. Və bu yolla döyüş təyyarələrimiz tez-tez İranın paytaxtını bombalayır".

Baş nazir qeyd edib ki, İranın hava hücumundan müdafiə şəbəkəsi ortadan qaldırılıb: "Paralel olaraq, İranın pilotsuz uçuş aparatları və mühüm radar sistemlərinin yarısı, hərbi qərargahları, ballistik raket istehsal müəssisələri və raket buraxılış qurğuları böyük ölçüdə məhv edilib. Yəqin ki, İran dövlət televizyası yaxın zamanda bunları elan etməyə məcbur qalacaq".

Netanyahu iyunun 13-dən bu yana həyata keçirilən hücumlarda 10 nüvə alimini öldürdüklərini deyib və geridə qalanların da yox ediləcəyini açıq fortmada dilə gətirib: "Hələ bir neçə nüvə alimi sağ qalır. Biz nüvə hədəflərini sistematik şəkildə məhv etməyə davam edəcəyik".

Baş nazir ABŞ prezidenti Donald Trampla tez-tez danışdığını da deyib: "Ona və göstərdiyi dəstəyə görə Vaşinqton administrasiyasına təşəkkür edirəm".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
9
2
mia.az

3Sources