BAKI, 17 iyun. TELEQRAF
İranın hava hücumundan müdafiə qüvvələri Təbriz səmasında İsrailə məxsus hava hədəflərini vurub.
Teleqraf xəbər verir ki,bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.