EN

Şoyqu üçüncü dəfə Şimali Koreyaya getdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin tapşırığı ilə Pxenyana səfər edib.

Modern.az xəbər verir ki, Şoyqu Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatın görə, Şoyqu iyunun 4-də baş tutan əvvəlki səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində Şimali Koreya rəhbərliyi ilə müzakirə aparacaq. Bu razılaşmalar Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, bu, artıq Rusiya Təhlükəsizlik Şurası katibinin son üç ayda Şimali Koreyaya üçüncü səfəridir.

Chosen
7
3
modern.az

4Sources