EN

Qətər İran və İsraili dialoqa çağırır

Qətər İsrailin İrana hücumlarını qəti şəkildə pisləyib və artan gərginlik fonunda dialoqa, təmkinə çağırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qətərin BMT yanındakı daimi nümayəndəsi Casim Yaqub Əl-Həmadi MAQATE iclasında bildirib.

O qeyd edib ki, İsrailin hücumlarını "önləyici özünümüdafiə" kimi əsaslandırması hüquqi cəhətdən əsassızdır. O, beynəlxalq ictimaiyyəti bu pozuntulara qarşı mənəvi və hüquqi məsuliyyət daşımağa çağırıb.

Əl-Həmadi vurğulayıb ki, bu gərginlik qlobal humanitar və təhlükəsizlik böhranına səbəb ola bilər. O, dövlətlərin suverenliyinə hörmətin və BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan güc tətbiqinin qadağan edilməsinin beynəlxalq hüququn əsas prinsipləri olduğunu bildirib. Nüvə obyektlərinə hücumların ciddi fəsadlara yol aça biləcəyini deyərək, bu cür addımların qınanmalı olduğunu qeyd edib.

Chosen
9
manset.az

1Sources