EN

“Sabah”ın rəqibi müəyyənləşir

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə “Sabah”ın da rəqibi bəlli olacaq.

Tədbir saat 17:00-da start götürəcək. Səpələnməmişlər səbətində yer alan Azərbaycan kubokunun sahibinin potensial rəqibləri sırasında “Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Selye” (Sloveniya) və “Şerif” (Moldova) yer alıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunlar iyulun 10-da, cavab görüşləri isə bir həftə sonra keçirəcək.

Chosen
3
3
msport.az

10Sources