EN

Gürcüstan parlamentinin sədri Türkiyəyə getdi

TBİLİSİ, 17 iyun. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyəyə rəsmi səfərə yollanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Spiker səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək.

Ş.Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə vitse-spiker İlya İnciya, Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze və Türkiyə ilə dostluq qrupunun rəhbəri Giya Çkoniya daxildir.

Parlament sədrinin Ankaraya səfəri iyunun 18-də başa çatacaq.

Chosen
5
teleqraf.com

1Sources