EN

Rusiya bankları əmanət faizlərini azaldır

Finss.az - İyunun əvvəlində Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini illik 20%-ə endirməsindən sonra ölkənin ən böyük 20 kredit təşkilatından 16-sı əmanətlər üzrə faiz gəlirlərini azaltmağa qərar verib.

Bu barədə “Finuslugi” marketpleysi tərəfindən hazırlanmış əmanət indeksi məlumatları göstərir.

İndeks 100 min rubl məbləğində, xüsusi şərtsiz üç, altı və 12 aylıq depozitlərin faiz dərəcələrinə əsaslanır. Analiz göstərir ki, iyun ayı ərzində banklarda faiz dərəcələrinin azalma miqyası 0,2 faiz bəndindən 3,25 faiz bəndinə qədər dəyişib. Maraqlıdır ki, bəzi banklarda fərqli müddətli əmanətlər üzrə faiz dərəcələrində qarşılıqlı dinamika müşahidə olunub: üç aylıq depozitdə 0,5 faiz bəndi artım, ilədək depozitlərdə isə 1,5-2,3 faiz bəndi azalma qeydə alınıb. Ümumilikdə, top-20 bankdan üçü faiz dərəcələrini dəyişməyib.

Mərkəzi Bankın qərarından sonra orta faiz dərəcələri belə dəyişib: üç aylıq əmanətlər üzrə 18,92% (0,66 faiz bəndi azalma), altı aylıq depozitlər üzrə 18,22% (0,98 faiz bəndi azalma), 12 aylıq əmanətlər üzrə isə 17,45% (1,06 faiz bəndi azalma).

Hazırda top-20 bank arasında ən yüksək faiz dərəcəsi üç aylıq əmanətlər üzrə 20,5%, altı və on iki aylıq depozitlər üzrə isə 20% səviyyəsindədir.

 

Chosen
9
fins.az

1Sources