EN

Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə model Səmra Hüseynova "Cafe city"dən şikayət etmişdi.

Onun sözlərinə görə İtaliyaya uçan zaman Bakıda hava limanında "Cafe city"də "Sezar roll" alıb və yeməyin içindən qurd çıxıb.

"Cafe city" açıqlama yayaraq, modeldən üzr istəyib və restoranda yeməyin keyfiyyətinə cavabdeh olan iki əməkdaşın qovulduğu bildirilib:

"Şirkətimiz artıq 15 ildən çoxdur ki, ictimai iaşə sektorunda fəaliyyət göstərir və bu sahədə böyük təcrübəmiz var. Şirkət keyfiyyət standartlarına malikdir və mütəmadi olaraq daxili prosedurlar üzrə yoxlamalar aparılır. Restoran biznesində insan amili var ki, bu da çox təəssüf ki, müəyyən problemlərə yol açır.

Salatın inqredientlərinə daxil olan kahının içindəki qurdu görməmək işçilərin diqqətsizliyinin nəticəsidir. Haqlı iradınız üçün təşəkkür edirik, sizdən üzr istəyirik.

Qeyd edək ki, iradınızı nəzərə alaraq sizdən hesab götürməməklə yanaşı, həmin yeməyin keyfiyyətinə cavabdeh olan iki əməkdaşı da işlərinə məsuliyyətlə yanaşmadıqlarına, keyfiyyət standartlarına uyğun davranmadıqlarına, gigiyenaya əməl etmədiklərinə görə sərt şəkildə cəzalandıraraq işdən azad etmişik. Bir daha üzr istəyir və minnətdarlığımızı bildiririk".

Chosen
5
4
cebheinfo.az

5Sources