EN

Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.

"Report" xəbər verir ki, Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.

V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələcək.

E.Hacıyev isə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi 1/32 finalda baş tutacaq Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşündə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan Zelim Tçkayev bürünc medal qazanıb.

Chosen
13
8
report.az

9Sources