EN

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi qanunsuz miqrantların saxlanmasını bərpa edir

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi kənd təsərrüfatı sahəsində, eləcə də hotel və restoran biznesində çalışan qanunsuz miqrantların saxlanılmasının bərpa edilməsi barədə göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 16-da nazirlik işçilərə məlumat verib ki, o, fermalarda, eləcə də hotel və restoranlarda miqrasiya reydlərinin dayandırılması ilə bağlı verdiyi əmri ləğv edib.

"Zorakılıq törədən cinayətkarları gizləyən və ya miqrasiya, Gömrük Mühafizə Xidmətinin işini qəsdən pozanlar üçün təhlükəsiz sığınacaq olmayacaq", - milli təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin bildirib.

Chosen
12
1
report.az

2Sources