İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib.
Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb, 14 nəfər həlak olub, 40 nəfər yaralanıb..
Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər.
Hazırda da Kiyevə hava hücumu davam edir.