EN

Rubio Trampla birlikdə Kanadadan ABŞ-yə erkən qayıdacaq

ABŞ-nin dövlət katibi Marko Rubio Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə CNN Dövlət Departamentindəki mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Rubio Vaşinqtona ABŞ Prezidenti Donald Trampla birlikdə qayıdacaq.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, dövlət başçısı Yaxın Şərqdəki vəziyyətlə əlaqədar G7 sammitini tərk edir. “Fox News”un məlumatına görə, o, Ağ Evin Milli Təhlükəsizlik Şurasının iclasını keçirməyi tapşırıb.

Chosen
8
1
ikisahil.az

3Sources