EN

Al Paçino Papaya Maserati hədiyyə etdi

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı aktyor Al Paçino Papa XIV Leoya "Maserati" maketi hədiyyə edib. SİA xəbər verir ki, bu barədə italyan prodüser Andrea Yervolino özünün "Instagram" səhifəsində bildirib. “Al Paçino və mən filmimizin şərəfinə "Maserati" maketini təqdim etdik”, – o yazıb.

Qeyd edək ki, Al Paçino və Andrea Yervolino hazırda İtaliyadadırlar və “Maserati qardaşları” filminin çəkilişlərini davam etdirirlər. Film Maserati ailəsinin 1914-cü ildə avtomobil markasının yaranmasından onun lüks avtomobillərin kult istehsalçısına çevrilməsinə qədər olan hekayəsindən bəhs edir. Filmdə əsas rollardan birini əfsanə aktyor Entoni Hopkins canlandıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
sia.az

3Sources