Pakistan milyarder İlon Maskın "X" sosial şəbəkəsini saxta xəbərlər yaymaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin "X" hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, Pakistan və onun nüvə silahı proqramına qarşı koordinasiyalı saxta təbliğat kampaniyası genişlənməkdə davam edir.