EN

Tramp Yaxın Şərqdəki gərginlik fonunda Vaşinqtona qayıdır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Milli TəhlükəsizlikŞurasının (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib.

Trend xəbər verirki, bu barədə “Fox News” jurnalisti Lourens Cons “X” platformasındapaylaşım edib.

“Mənə məlumat verilib ki, Prezident Kanadada Yeddilik Qrupununliderləri ilə şam yeməyində iştirak edəcək və dərhal sonraVaşinqtona qayıdacaq. O, Ağ Evin Situasiya Otağında MTŞ üzvlərininhazır olmasını əmr edib”, – jurnalist bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlamışdıki, Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçirilən G7sammitini vaxtından əvvəl tərk edərək ABŞ paytaxtınayollanacaq.

“Prezident Tramp bir çox mühüm məsələləri həll etmək üçün buaxşam Vaşinqtona qayıdacaq”, – deyə Livitt vurğulayıb.

Chosen
47
1
az.trend.az

6Sources