EN

Sergen Yalçın geri qayıdır: Mehmet Büyükekşi də danışıqlara qatıldı

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Uzun müddət komanda çalışdırmayan tanınmış futbol mütəxəssisi Sergen Yalçın yenidən Super Liqaya qayıtmağa hazırlaşır.

Sherg.az xəbər verir ki, "Beşiktaş"-da qazandığı Super Liqa və Türkiyə Kuboku çempionluqları ilə yadda qalan Yalçın, son olaraq "Antalyaspor"da fəaliyyət göstərmiş, daha sonra isə idman şərhçiliyinə keçmişdi.

"Qaziantep" yerli mediasının verdiyi xəbərə görə, "Qaziantep FK" rəhbərliyi – prezident Memik Yılmaz və klub idarəçiləri – Sergen Yalçınla bir araya gəlib. Danışıqların əsas məqsədi klubun gələcək planlarını tam şəkildə Sergen Yalçının futbol baxışına uyğun qurmaqdır.

Məlumata görə, Türkiyə Futbol Federasiyasının (TFF) və eyni zamanda "Qaziantep FK"-nın keçmiş prezidenti Mehmet Büyükekşi də Sergen Yalçını komandaya rəhbərlik etməyə razı salmaq üçün danışıqlara qoşulub.

"Qaziantep FK" azarkeşləri də sosial şəbəkələrdə Sergen Yalçının baş məşqçi olması üçün kampaniya başladıb. Son qərarın bu həftə içində veriləcəyi və razılaşma əldə olunacağı təqdirdə rəsmi açıqlamanın 19–20 iyun tarixlərində ediləcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
sherg.az

2Sources