EN

Salernitana üçün böyük şok: Həlledici matç öncəsi 8 futbolçu zəhərləndi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İtaliya B Seriyasında qalmaq üçün mübarizə aparan "Salernitana" klubu "Sampdoriya" ilə matçdan qayıdarkən baş verən kütləvi zəhərlənmə hadisəsi ilə üzləşib.

Klub 8 futbolçunun zəhərlənməsi ilə əlaqədar tərəflər arasında oynanılacaq təkrar pley-aut matçının təxirə salınmasını istəyib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, B Seriyasının pley-aut oyunlarında liqada qalmaq üçün mübarizə aparan "Salernitana" bazar günü səfərdə Sampdoriyaya 0:2 hesabı ilə uduzub.

Cavab matçında klub ən azından 2 qolluq fərqi aradan qaldırmalıdır. Lakin bu gözlənilməz hadisədən sonra komandanın həm fiziki, həm də psixoloji cəhətdən kritik matça çıxması demək olar ki, mümkünsüz görünür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
oxu.az

1Sources