İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib.
“İki sahil”in TASS-a istinadən verdiyi məlumata görə, bunu A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib.
"İyunun 12-dən 14-dək Tehranda baş tutan "BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb", - A.İsakova bildirib.