EN

Zakir Həsənov Belarusa səfər etdi

İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Narzirliyi məlumat yayıb. 

Bildirilib ki, Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.

Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.


Telegram kanalımız
Chosen
43
50
yenisabah.az

10Sources