EN

Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfərə gedib

İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan  Müdafiə Nazirliyindən məlumat verilib.

Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.

 

Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.

Chosen
14
6
senzor.az

7Sources