EN

Tramp İrana son şans verə bilər - KİV

ABŞ prezidenti Donald Tramp İrana "son təklif" vermək niyyətindədir. 

"Unikal" xəbər verir ki,   "The Jerusalem Post" Avropa və ABŞ rəsmilərinə istinadən yazır.  

“Trampın İrana “son şans” təklifi təqdim edəcəyi gözlənilir”, - nəşr qeyd edib. 

Nəşrin fikrincə, belə bir təklif irəli sürülərsə, o, Amerikanın uranın sıfır zənginləşdirilməsi prinsipinə əsaslanacaq.

Qəzet qeyd edir ki, bu təklif bir həftə əvvəl ABŞ lideri administrasiyasının Tehrana təqdim etdiyi təklifdən daha yaxşı ola bilər.

Gülayə Mecid 

Chosen
8
unikal.az

1Sources