ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Ermənistan ilə ATƏT arasında əməkdaşlıq məsələləri, həmçinin regional inkişaflarla bağlı fikir mübadiləsi aparılıb.
Mirzoyan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə son müzakirələr və sülh sazişinin imzalanmasına yönəlmiş səylər barədə həmkarına məlumat verib.
Aysel Əliyeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.