EN

Qızıl almaq istəyənlərin diqqətinə Vəziyyət dəyişdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Qızılın qiyməti son iki ayın ən yüksək səviyyəsinə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuter” agentliyi məlumat yayıb.

Bildirilib ki, səbəb İsrail və İran arasındakı münaqişədir.

“Həftəsonu intensivləşən toqquşmalar daha geniş regional münaqişə qorxusunu artıraraq, investorları təhlükəsiz aktivlərə doğru sövq edib. Məlumata görə, son iki ayda qiymətli metalın bir unsiyası 3,428,89 dollara qədər bahalaşıb. ABŞ qızıl fyuçersləri 0,1 faiz ucuzlaşaraq 3 448,10 dollar olub.

Analitik Kelvin Vonq bildirib ki, İran və İsrail arasındakı hadisələr qızıla tələbatı artırıb. Onun sözlərinə görə, qısamüddətli yüksəliş mümkündür”.

Qeyd edək ki, qızıl geosiyasi və iqtisadi qeyri-müəyyənlik dövründə “təhlükəsiz sığınacaq” hesab olunur.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources