EN

İcazə verə bilmərik! Kallasdan İrana mesaj

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas İranın xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kallas paylaşım edib.

“Regionda eskalasiyanın daha da artması riski yüksəkdir. Diplomatiya üstünlük təşkil etməlidir. İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir”, – bildirib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum etməyə başlayıb.

Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Hazırda İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
globalinfo.az

1Sources