EN

Durovdan İDDİA: “Fransa mediası Telegram-a qarşı təbliğat aparır”

“Bir həftə əvvəl Taker Karlson mənimlə Fransadakı hadisələr barədə müsahibəni yayımladı. Bu müsahibə bir çox ölkənin KİV-lərində işıqlandırıldı, amma bu baxımdan xarakterik olan odur ki, yalnız Fransanın özündə buna heç bir diqqət yetirilmədi. Heç bir fransız qəzeti bu müsahibəni xatırlatmadı. Amma Fransa mediasının Telegram-a marağı azalmır”.

Bizim.Media xəbər verir ki, bu barədə Telegram-ın həmtəsisçisi Durov öz kanalında yazıb.

“Ötən həftə Fransanın aparıcı qəzeti Le Monde oxuculara müraciət edərək soruşdu: onlar Telegram-da futbol matçlarının pirat yayımlarına baxırlarmı? Bu cür neqativ rəyləri toplamaq cəhdi daha genişmiqyaslı kampaniyanın bir hissəsi kimi görünür”, – deyə o qeyd edib.

Durovun sözlərinə görə, onun Parisdə həbsindən cəmi 7 həftə sonra Le Monde Telegram haqqında 40 tənqidi məqalə dərc edib: “Bu məqalələrdən 37-də jurnalistlər bizdən heç bir şərh almağa cəhd etməyib, bu isə peşə etikası pozuntusudur. Üstəlik, bizim göndərdiyimiz faktiki dəqiqləşdirmələrin hamısı tamamilə görməzliyə vurulub. Belə bir media mühiti narahatlıq doğurur”.

Bizim.Media

Chosen
9
bizim.media

1Sources