EN

“Everton” “Mançester Siti”nin müdafiəçisini heyətinə qatmaq istəyir

“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uokerə İngiltərə Premyer Liqasından yeni maraq yaranıb.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı futbolçunun transferində “Everton” klubu maraqlıdır. “Tofonlar” veteran müdafiəçini sağ cinah müdafiəsində prioritet hədəflər siyahısına daxil ediblər.

“Everton” artıq ingilis futbolçunun agenti ilə əlaqə saxlayıb.

Kayl Uoker uğrunda “Everton”la yanaşı, bir neçə gün öncə maraq göstərdiyi açıqlanan Türkiyənin “Fənərbağça” klubu ilə də mübarizə gedəcək. Uoker keçən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. “Rossoneri” icarə müddəti başa çatdıqdan sonra futbolçunu “Mançester Siti”dən almaqdan imtina edib.

Chosen
11
90deqiqe.az

1Sources