EN

"Trampın səbr kasası dolur: Rusiyanı yeni sanksiyalar dalğası vuracaq?" - "Politoco"

"ABŞ prezidenti diplomatiyanı kənara qoyub Kremlə iqtisadi zərbə endirməyə hazırlaşır..."
 
ABŞ prezidenti Donald Tramp yaxın həftələrdə Rusiya əleyhinə sərt sanksiyalar elan edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə onun sabiq milli təhlükəsizlik müşaviri Fred Fleyts "Politico" nəşrinə danışıb. 
 
Onun sözlərinə görə, Tramp Rusiya lideri Vladimir Putindən "hörmətsizlik" gördüyünü hiss edir və Moskvanın Ukrayna ilə sülh danışıqlarına ciddi yanaşmaması prezidentin səbir kasasını daşırır.
 
Fleyts hesab edir ki, Tramp yaxın günlərdə diplomatik təmasları dayandırıb Kremlə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər, lakin eyni zamanda gələcəkdə danışıqlar üçün qapını açıq saxlayacaq. Hazırda bu məsələ G7 sammiti ərəfəsində xüsusi aktuallıq kəsb edir. Kanada sammitində liderlər Trampı Rusiyaya qarşı sərt mövqe tutmağa inandırmağa çalışacaq.
 
Sanksiya planlarının bir hissəsi Avropa Komissiyasının təklifi ilə Rusiya neftinin qiymət tavanını 60 dollardan 45 dollara endirmək ola bilər. Avropa İttifaqı və Böyük Britaniya artıq bu ideyanı dəstəkləyir. Lakin son qərar Trampın əhvalından asılı olacaq - müşahidəçilər onun digər liderlərdən şəxsən sayğı gözlədiyini bildirir.
 
Bundan əlavə, ABŞ Senatında da Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunur. Respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumental tərəfindən təqdim edilən qanun layihəsinə əsasən, Rusiya neftini alan ölkələrin məhsullarına 500 faizlik idxal rüsumu tətbiq olunması planlaşdırılır. Qanunverici təşəbbüs ABŞ-ın Rusiyaya iqtisadi təzyiqini artırmaq və dolayısıyla bu ölkə ilə əməkdaşlıq edən tərəflərə mane olmaq məqsədi daşıyır. Sənədə Senatda 100 nəfərdən artıq 70-i dəstək verir.
 
Lindsi Qremin son açıqlamasına görə, əgər Moskva yaxın vaxtlarda danışıqlarda irəliləyiş göstərməzsə, Senat bu qanun layihəsini səsverməyə çıxarmağa hazırdır. Eyni zamanda Dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, sanksiyaların sərtləşdirilməsi Rusiya tərəfindən sülh danışıqlarından imtina ilə nəticələnə bilər.
 
Bütün bu addımlar fonunda Trampın mümkün sanksiya qərarı beynəlxalq diplomatiyada mühüm dönüş nöqtəsi ola bilər. ABŞ-ın iqtisadi təzyiqləri artırması Kremlə qarşı yeni mərhələni başlada, yaxud əksinə, Qərbin danışıqlar imkanlarını çətinləşdirə bilər. Hər şey Trampın növbəti həftələrdə verəcəyi qərardan asılı olacaq.
Chosen
26
moderator.az

1Sources