EN

La Liqa klubunda yeni baş məşqçi

“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu posta Matias Almeyda təyin olunub.

Son mövsümü La Liqada 17-ci pillədə tamamlayan “Sevilya” argentinalı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Almeyda bunadək Argentinanın “River Pleyt”, “Banfild”, Meksikanın “Çivas”, ABŞ-ın “San Xose” və Yunanıstanın AEK klublarında fəaliyyət göstərib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2022-23 mövsümündə AEK-ə Yunanıstan çempionluğunu qazandırıb.

Chosen
9
msport.az

1Sources