EN

Sanki oliqarx, nazir balasıdır yazan...

Pravda.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Adamın əsəbdən ürəyi partlayır. Yazanda da birmənalı qarşılamırsınız. Sanki oliqarx yaxud nazir balasıdır yazan... Mən yazıq, ağlım kəsəndən işləyirəm. Özü də necə...?! Günü bu gün, bir işdə varamsa, hər gün özünü doğrultmamaq qorxusundan, o qədər həyəcanlanıram. Tər tökürük, can qoyuruq, bir müsbət rəyin, bir təşəkkürün quluyuq. Amma qıraqdan baxan elə bilir ki, nəsə göydən düşür. Ay hay...”

Pravda.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif bildirib.

“Bax, cavan-cavan uşaqlar tanıyıram. Məsuliyyət 0, ciddiyyət 0, savad 0, intizam 0, fərasət 0! 20-22 yaşından haydı evlənməyə... 2 uşaq, 3 uşaq, 4 uşaq! Şüur, özünüdərk yetişmədən. A bala, necə dolanmağı düşünürsən? Nə bacarırsan? “Taksovatlıq”, moyka..., veyillənmək... Evdə arvad-uşaq da kədərli, nakam, həyata tamarzı. Tək qal, gəz-dolan, kefini yaşa də. Dünya-aləm boyda pul qazanan oğlanlar var ki, özlərinə o veyillənməyi, o çayxananı, o nərdi, dominonu rəva bilmir! Haradandır bu rahatlıq? Və niyə belə məsuliyyətsiz adamlar evlənir?” – M.Arif qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
11
pravda.az

10Sources