EN

ABŞ İran-İsrail müharibəsinə qoşulacaqmı? - Tramp danışmaq istəmədi...


ABŞ prezidenti Tramp, İrana nüvə danışıqları üçün 60 gün vaxt verdiyini, lakin ölkənin razılaşmaya razı olmadığını iddia edib.

Tramp bildirib ki, İran danışmaq istəyir, amma bunu daha əvvəl etməli idilər. “Bu, hər iki tərəf üçün ağrılıdır. İran bu müharibədə qalib gəlmir, çox gec olmadan masa arxasında əyləşməlidirlər" - deyə ABŞ prezidenti bildirib.

O, ABŞ-ın İsraili hər zaman dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəklərini qeyd edib: "İsraili uzun müddətdir güclü şəkildə dəstəkləyirik və İsrail hazırda çox yaxşı vəziyyətdədir".

ABŞ-ın İsrail və İran arasında davam edən müharibədə hərbi iştirak edib-etməməsi ilə bağlı suala isə Tramp “bu barədə danışmaq istəmirəm” deyərək cavab vermək istəməyib.

Onu da bildirək ki, bundan əvvəlki açıqlamalarının birində ABŞ-ın da İsrail-İran müharibəsinə qoşula biləcəyini demişdi.

TAHİR

Chosen
25
baki-xeber.com

1Sources