EN

“Komo” xorvat futbolçunu transfer edib

Xorvatiyanın yarımmüdafiəçisi Martin Baturina karyerasını “Komo”da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Baturina yeni klubuna 2025-ci il iyulun 1-dən etibarən qoşulacaq. Transfer “Dinamo” (Zaqreb) klubu ilə razılaşma əsasında həyata keçirilib.

— “Komo”ya keçdiyim üçün həqiqətən xoşbəxtəm. Bu klub ambisiyalı məqsədlərə malikdir və maraqlı layihə üzərində işləyir. Məşqçilər heyəti ilə apardığım söhbətlərdən sonra bunun mənim inkişafım üçün düzgün seçim olduğuna əmin oldum. Bu formanı geyinib meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”, — deyə Baturina klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Transfermarkt portalının məlumatına əsasən, gənc futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.

Chosen
5
90deqiqe.az

1Sources