Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov İnstaqram hesabında yeni paylaşım edib.
Bizim.Media xəbər verir ki, Olimpiya çempionumuz paylaşımında Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında ilk görüşdə uduzaraq mübarizəni dayandırması haqda yazıb.
O bildirib: "Tatamiyə 11 ay sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır. Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.
Qeyd edək ki, Hidayət dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bizim.Media