EN

İran İsrailə məxsus dördüncü F-35 qırıcısını vurub

BAKI, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu, İranda hakimiyyətin zəiflədiyini və yaxın zamanda dəyişə biləcəyini hesab edir.

TurkicWorld xəbər verir ki, bu haqqda o, mətbuat konfransında çıxış edərkən deyib.

“Biz doğrudan da İranda ciddi dəyişikliklərin baş verəcəyinə ümid edə bilərik. Milyonlarla insan bunu görür və bu, ilk dəfə deyil. Bu gün onların ümidləri var. Onlar anlayırlar ki, rejim onların düşündüyündən qat-qat zəifdir. Bu da aydın görünür və nəticə verə bilər. Heç kim SSRİ-nin bu qədər tez süqut edəcəyini proqnozlaşdırmırdı. Əsədin devriləcəyini isə, bu hadisədən bir neçə gün əvvəl belə, çox az adam gözləyirdi” – deyə, Netanyahu vurğulayıb.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Chosen
35
turkic.world

1Sources