EN

“Barselona” beş ildən sonra Asiya turuna qayıdır

“Barselona” yay fasiləsində Asiya turuna yollanacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hans-Diter Flikin rəhbərlik etdiyi Kataloniya təmsilçisi 27 iyul–4 avqust tarixləri arasında Cənubi Koreya və Yaponiyada bir neçə yoxlama görüşü keçirəcək. “Barsa” bu çərçivədə “Vissel Kobe”, “Seul” və “Tequ” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, bu, “Barselona”nın 2019-cu ildən bəri Asiyaya ilk səfəri olacaq.

Xatırladaq ki, “mavi-qranatlar” ötən mövsüm İspaniya La Liqasının çempionu olmuş, həmçinin Kral Kubokunu qazanaraq finalda Madrid “Real”ını məğlub etmişdi.

Chosen
7
90deqiqe.az

1Sources