EN

Zaqatalada faciə: 5 yaşlı uşaq "Kamaz"ın altında qaldı

İyunun 16-da axşam radələrində Zaqatalanın Muxax kəndi ərazisində azyaşlının yük avtomobilinin altında qalması ilə bağlı hadisə baş verib.

Modern.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildiriblər ki, hadisə nəticəsində Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili Tibbi Yardım bölməsinə daxil olub. İlkin araşdırmalarla azyaşlının “Kamaz” markalı yük avtomobilinin altında qaldığı məlum olub.

Elman Sulxayevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın cərrahiyyə şöbəsinə yönləndirilsə də, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.

Chosen
8
12
modern.az

10Sources