BAKI, 16t iyun. TELEQRAF
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi İran və İsraildəki Rusiya vətəndaşlarına maksimum ehtiyatlı olmağı və şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, Rusiya XİN-i bu barədə öz sosial şəbəkə hesabında məlumat yerləşdirib.
Məluymatda deyilir ki, İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları bu ölkədən quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana gedə bilərlər.
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkib: "Astara keçid məntəqəsindən keçmək üçün Azərbaycan hakimiyyətinin birdəfəlik icazələrinin (ən azı 1-2 iş günü) razılaşdırılması üçün [email protected] elektron poçt ünvanına rus və ingilis dillərində tam adı, doğum tarixi, ümumi vətəndaş pasportunun nömrəsi, istifadə müddəti, İrana giriş telefon nömrəsi göstərilməklə, Rusiyanın Tehrandakı səfirliyinə əvvəlcədən ərizə göndərmək lazımdır".
Bundan başqa, məlumatda Astaradan Bakıya getmək üçün avtovağzaldan müntəzəm işləyən avtobus reysləri və Bakıdan Rusiyaya gündə 20-yə qədər birbaşa uçuş barədə informasiya verilir.