EN

Körpüdən asılan plakat: “Atletiko”nun 4 azarkeşinə bu qədər həbs cəzası verildi

“Atletiko”nun azarkeşləri Vinisius Juniora qarşı irqçiliyə görə həbs edilib.

Publika.az xəbər verir ki, Madrid prokurorluğu 2023-cü ilin yanvarında İspaniya kubokunun 1/4 finalında derbidən əvvəl “Real Madrid”in 24 yaşlı braziliyalı cinah oyunçusu Vinisiusun kuklasını körpünün altından asan “Frente Atletico”nun ( Atletikoultras) dörd təmsilçisinin hər biri üçün 4 il həbs istəyib.

Onlar təhdid, əsas hüquqlara və ictimai azadlıqlara qarşı hərəkətlərdə ittiham olunurlar. Onlara ümumilikdə 6 min avro cərimə də kəsiləcək.

La Liqa azarkeşlərin məhkum edildiyini açıqlayıb.

Chosen
17
3
publika.az

5Sources