EN

“Şamaxı” ilk hazırlıq matçında “Qəbələ” ilə qarşılaşacaq

Premyer Liqanın 2024/25 mövsümündə 7-ci olmuş “Şamaxı” yeni mövsümün hazırlığına iyulun 5-də Qəbələ şəhərində start verəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən komanda toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq.

Qarşılaşma iyulun 14-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı”nın yay təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək. Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır. Digər rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Chosen
26
arena.az

1Sources