EN

Türkiyə rüsumları 15 faiz artırdı

Türkiyə iyulun 1-dən etibarən beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumları 15 faiz artıracaq.

Musavat.com xəbər verir ki, məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu açıqlayıb.

Onun sözlərinə görə, artımdan sonra rüsum bir ton üçün 5,83 dollar olacaq. Hesablama gəminin xalis tonajına əsaslanacaq.
Uraloğlu bildirib ki, bu artım Türkiyə boğazlarında təqdim olunan ictimai xidmətlərin davamlılığını qorumaq baxımından çox dəyərlidir: “Biz topladığımız rüsumlar vasitəsilə dünyanın ən mürəkkəb və təhlükəli dar su yollarından bəziləri olan boğazlarımızda dəniz təhlükəsizliyini və ətraf mühitin mühafizəsini gücləndirmək üçün infrastrukturu və gəmilərin hərəkətinə nəzarət sistemlərini daim təkmilləşdirməyə davam edirik”.

Nazirin sözlərinə görə, 2024-cü ildə ödənişli 51 058 tranzit gəmi Bosfor və Dardanel boğazlarından keçib və bu, 227,4 milyon dollar gəlir gətirib.

Musavat.com

Chosen
5
musavat.com

1Sources