EN

Avstriya prezidenti: Ukraynaya hərbi yardım edə bilmərik

Avstriya prezidenti: Ukraynaya hərbi yardım edə bilmərik

Alexander Van der Bellen ölkənin hərbi xərclərinin ÜDM-in təxminən 1%-ni təşkil etdiyini vurğulayıb

Avstriyanın Ukraynaya hərbi yardım göstərmək imkanı yoxdur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avstriya prezidenti Aleksandr Van der Bellen Vladimir Zelenski ilə görüşündə deyib.

"Hazırda Avstriyanın hərbi xərcləri ÜDM-in təqribən 1%-ni təşkil edir. Bu, onu göstərir ki, bizim hələ çox işimiz var. Bu, həm də onu göstərir ki, arzumuz olsa belə, Ukraynaya hərbi yardım göstərə bilməzdik. Bizim öz hərbi potensialımız kifayət qədər deyil", - deyə Avstriya prezidenti bildirib.

Eyni zamanda o, ölkəsinin Ukraynanı siyasi cəhətdən dəstəklədiyini vurğulayıb.

Chosen
62
afn.az

1Sources