EN

İsrail Tehranda iki İran F-14 təyyarəsini məhv etdi - VİDEO

İsrail Müdafiə Ordusu (CAXAL) bu gün Tehranda yerləşən hava limanında İran Hərbi Hava Qüvvələrinə məxsus iki F-14 qırıcı təyyarəsini məhv etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanata görə, hadisə bu gün səhər saatlarında baş verib. Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Tehranın üzərində uçuş zamanı həmin F-14-ləri hədəf alaraq məhv edib.

“Bu qırıcı təyyarələr, o cümlədən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri ələ keçirmək üçün hazırlanmışdı. Hücum nəticəsində həmçinin İsrailə doğru buraxılması planlaşdırılan PUA-ların (pilotsuz uçuş aparatlarının) qarşısı alınıb,” – deyə rəsmi açıqlamada bildirilir.

CAXAL hücumla bağlı vizual materialları da yayımlayıb. Lakin İran tərəfi hələlik bu açıqlamalara münasibət bildirməyib.

Musavat.com

Chosen
30
musavat.com

1Sources