Yay təlim-məşq toplanışına iyulun 5-dən start verəcək "Şamaxı" klubunun yoxlama matçı çərçivəsində ilk rəqibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, yeni mövsümün hazırlıqlarına Qəbələdə başlayacaq komanda iyulun 14-də eyniadlı kollektiv ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Şamaxı"nın toplanışının ilkin mərhələsi iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək.

Komanda hazırlıq zamanı daha 4 yoxlama oyunu keçirməyi planlaşdırır.