EN

Binəqədidə yandırılan tullantı məhsullarının tüstüsü sakinlərin evinə dolurVİDEO

Binəqədi rayonunda, Goradil qəsəbəsi ilə həmsərhəd olan bir ərazidə yaşanan ekoloji və təhlükəsizlik problemi son günlərdə yerli sakinlərin haqlı narazılığına səbəb olub.

Söhbət məişət tullantılarının düzgün idarə olunmamasından və mütəmadi olaraq yandırılmasından gedir.

Sakinlər deyirlər ki, yandırılan tullantıların alovu bir neçə dəfə qonşu həyətyanı sahələrə keçib. Sonuncu belə hadisə zamanı bağ sahəsi tamamilə yanıb. Onlar bildirirlər ki, bu, ilk hadisə deyil.

Sakinlərin sözlərinə görə, hava küləkli olanda isə vəziyyət daha da acınacaqlı hal alır. Belə ki, yandırılan zibillərin tüstüsü evlərə dolur.

"Ətraf mühitin mühafizəsi haqqında" qanununa əsasən, ətraf mühitə zərər vuran hərəkət və ya hərəkətsizlik halları ciddi inzibati və cinayət məsuliyyəti yaradır. Tullantıların açıq şəkildə yandırılması atmosferə zəhərli maddələrin yayılmasına, torpağın və su hövzələrinin çirklənməsinə səbəb olur. Eyni zamanda, mülki əmlaka dəymiş ziyanın hüquqi baxımdan da cavabdehliyi var.

Sakinlərin şikayəti və ərazidə yaranmış mövcud vəziyyətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumdan məsələyə münasibət bildirilmədi. Sakinlər isə uzun müddətdir davam edən bu problemin tezliklə həll olunacağı günü səbirsizliklə gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
5
xezerxeber.az

1Sources