“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, “ağ-qaralar” Demba Darbo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozublar.
2024-cü avqustunda paytaxt klubuna keçmiş qambiyalı hücumçu 19 oyunda 5 qol vurub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl 9 futbolçu ilə vidalaşmışdı.