EN

Keçmiş rəisin oğlu qəza törətdi

Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxaran "Hunday" markalı avtomobil yol kənarındakı yulğun kolluğuna düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Vüsal Bəliyar oğlu Bəşirli ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Kəllə beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.

Qeyd edək ki, qəzaya uğrayan sürücü Mingəçevir DYP bölməsinin keçmiş rəisi Bəliyar Bəşirlinin oğludur.

Chosen
14
6
axar.az

7Sources